<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Tövbə ver, Allahım, günahdan dönüm,
 Qarşımda daim Xilaskarı görüm.
 Ruhun gözü ilə baxım insanlara,
 Dünyadan üz çevirib mən Sənə dönüm.

[C1]
   Sən sevirsən hamını, hamını,
   Sən sevirsən dünyada yaratdığın
   İnsanı, yaratdığın insanı.

[V2]
 İnsan necədir, özün görürsən,
 İnsan qürurludur, ona dözürsən.
 Tövbə edən kəsi müqəddəs edirsən,
 Necə rəhmlisən, mənim Allahım.

[V3]
 Sevinclə doldurdun qəlbimi, İsa,
 Təskinlik tək Sənin sözlərindədir.
 Yaşamaq çətindir dünyada Sənsiz,
 Həqiqət tək Sənin sözlərindədir.</lyrics>
<title>Tövbə ver, Allahım, günahdan dönüm İL540</title>
<hymn_number>540</hymn_number>
</song>